İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: “Türk-Şərq-İslam İnsan Haqlan Konvensiyası yoxdur”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili, Strateji Tədqiqatlar Mərkəzinin (STM) sədri Zahid Oruc Türk dövlətlərində insan hüquqlarının qorunmasına və ölkəmizdə Müvəkkil institutunun yaradılmasının 20-ci ildönümünə həsr olunan konfransda çıxış edib.

Musavat.com həmin çıxışın tam mətnini təqdim edir:

"Türk dövlətlərində insan hüquqlarının qorunmasına və ölkəmizdə Müvəkkil institutunun yaradılmasının 20-ci ildönümünə həsr olunan konfransda hər birinizi ürəkdən salamlayır, bütün türk dünyasının vahid siyasi, iqtisadi və mənəvi paytaxtı olan Bakı şəhərində birlik nümayiş etdirdiyiniz üçün hər birinizə ən xoş arzularımızı bildiririk. Təkcə ölkəmizin deyil, eləcə də min illərlə yaşadığımız regionun və bütün Türk dünyasının tarixində yeni səhifə açan 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra Türk dövlətləri parlament təmsilçiləri və ombudsmanlarının  bir araya gəlməsi təkcə bölgəmiz üçün deyil, eləcə də beynəlxalq hüquq, təhlükəsizlik və sülh, insan haqları və azadlıqlarının qorunması üçün müstəsna əhəmiyyət kəsb edir.Əsrlər boyu vahid bir coğrafi, siyasi və mədəni ideallar uğrunda mübarizə aparan, bir çətir altında yaşamağa can atan türk xalqları və dövlətlərinin müxtəlif formasiyalar, fərqli ideoloji və siyasi quruluşlar daxilində belə eyni kök və qan bağlarını qoruyub saxlaması 21-ci əsrdə onların ən böyük sərvəti sayıla bilər.İndi tarixdə, məsələn 100 il əvvəllər- 1-ci dünya müharibəsi və ondan sonrakı qanlı müharibələrdə olduğu kimi onları bölmək,parçalamaq və yaxud qarşı səngərlərə çəkmək mümkün deyil.

2010-cu ildə-12 il əvvəl hələ güclü təşkilatlanmadığı, istər hökumətlərarası, istərsə də siyasi, iqtisadi və mədəni birliklərini tam formalaşdırmadığı bir vaxtda türk dövlətlərinin hazırki güclü beynəlxalq təşkilat səviyyəsinə çatmasında müstəsna əməyi olan və davamlı strateji kursun müəlliflərindən biri prezident İlham Əliyev deyirdi-sitat: “Türk dünyası böyükdür.Lakin  vaxtilə bizim qədim və ayrılmaz diyarımız olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi həmin coğrafi bağlantını pozub.Lakin bizi birləşdirən təkcə coğrafi koordinatlar deyil. Bizi birləşdirən aramızdakı münasibətlər, qardaşlığımız, ortaq keçmişimiz və bu günümüzdür”. Göründüyü kimi,indi həmin tarixi ədalətisizliyin aradan qalxması üçün tarixən savaş meydanı olan Qafqazlarda yeni sülh arxitekturası qurulur.Ən başlıcası bütün türk, islam və eləcə də milli-dini əlamətlərinə baxmayaraq, dünya insanlarının ən böyük haqqının-doğma torpaqlarında yaşamaq, yaratmaq hüququnun gerçəkləşməsinə xidmət edən Zəfərdən sonra türk dövlətləri yeni mərhələyə qədəm qoyub.

Hörmətli dostlar,

14 il əvvəl, 2008-ci il noyabrın  2l-i tarixində İstanbulda türkdilli dövlətlərin Раrlаmепt Assambleyasının (TDPA)yaradılması, birgə qanunverici orqan kimi fəаliууətə başlaması ATƏT PA, AŞ PA, NATO PA nümunəsində olduğu kimi böyük və birgə yolun başlanğıcına çevrildi.Yaranmasından keçən 15 ilə yaxın müddət ərzində dünya siyasətində, beynəlxalq hüquqda köklü dəyişikliklərin baş verməsi, xüsusilə hazırda qlobal təhlükəsizliyə yeni təhdidlərin yaranması təkcə fərdlərin, ayrı ayrı insanların deyil, bütövlükdə xalqlarımızın yeni reallıq-cəmiyyətlərin təhlükəsizliyi, milli hüquqların qorunmasında tamamilə yeni çağırışlar ortaya çıxarır.Məhz belə bir zamanda görüşmək, fikir və düşüncələrini bir araya gətirmək bir daha 30 illik işğallara, əsrlərlə qurulan maddi və mədəni sərvətlərin dağılmasına yol verməməyin başlıca təminatıdır.

Sirr deyil ki, insan hüquqları fenomeni Qərb sivilizasiyasının  irsi sayılır və onun hüquq sistemində böyük bir inkişaf yolu keçməsi Avropa dövlətlərinin kəşfi, müəllifliyi, sərvəti hesab edilir, bu cür təqdim olunur. Ona görə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və yaxud  Аvrора İnsan Haqları Konvensiyası bir qitənin adı ilə çağırılır.Belə şəraitdə Türk-(Şərq-İslam) İnsan Haqlan Konvensiyasının hazırlanmasına sanki zərurət qalmadığı iddia olunub. Halbuki on milyonlarla insanı əhatə edən Türk dünyasının tarixən formalaşan dövlət və hüquq,ədalət və humanizm,o cümlədən, demokratik respublikaçılıq ənənələri, insan haqları fəlsəfəsi, modeli və örnəyi var. Hazırda Qərb-Avropa sivilizasiyasında özünü göstərən irqçilik, islamofobiya, miqrantofobiya, ifrat siyasi ideologiyalar fonunda bəşəri dəyərlərə- xoşgörü,mədəni müxtəliflik, tolerantlıq töhfəsi var. Ən başlıcası, 1 il əvvəl türk dünyasının təkcə mədəni deyil, eləcə də siyasi paytaxtı olan Şuşada iki dövlət lideri-prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa bəyannaməsi bütün türk dünyasını birləşdirən təhlükəsizlik müqaviləsinə çevrilə bilər.Təməlində insanlara birgəyəşayış və sülh olan, anlaşma ideallarına xidmət edən bəyənnamə türk və islam ölkələri, eləcə də dini və milli fərqlərinə baxmayaraq, digər dövlətlər üçün Şuşa İnsan hüquqları beynəlxalq Konvensiyasına çevrilə bilər.İnanırıq ki, hazırki görüş belə bir mühüm təşəbbüsün platformasına çevriləcək.Bu gerçəkdən də tarixi hadisə olardı.

Hörmətli dostlar,

 Parlamenent Assambleyasına üzv dövlətlərdə insan hüquqlarının qorunmasına həsr edilən konfransda gələcək birgə fəaliyyətə dair bir neçə vacib tezisləri təqdim etmək, sizin fikirlərinizi eşitməyi vacib sayırıq:

 Ötən il Türk dövlətləri müstəqil inkişalarfının 30 illik  tarixi mərhələsini qət etdi. Onların daha da yaxınlaşması və möhkəmləndirilməsi üçün TÜRK PA-nın qarşısında mühüm vəzifələr durur. Hazırda dünyada baş verən humanitar fəlakətlər, görünməmiş qaçqın və miqrasiya axınları həm də, Qərb modelli insan haqları siyasətinin-bu sahədə uzun illər ənənyə çevrilən ikili standartların iflasa uğramasını aşkara çıxardı. Belə şəraitdə:

1. Beynəlxalq istiqamətdə:

Türkdilli dövlətlərin insan hüquqlarının geosiyasi təzyiq aləti kimi istifadə edilməsinə qarşı ortaq mübarizə aparması məqsədəuyğun olar.

Beynəlxalq hüquqda “ikili standartlara” qarşı real faktlar əsasında müvafiq addımların atılmalı, bəyanat, konfranslar, qətnamələr formasında dünyaya çatdırması bizim qərarlarda ifadə oluna bilər.

Hazırda geniş yayılan islamofobiya, türkofobiya” kimi ayrı-seçkilik tendensiyalarına qarşı birgə fəaliyyətin əsaslarını formalaşdırması, bu siyasətdən zərər çəkən insanların, sosial birliklərin hüquqlarının qorunmasını beynəlxalq gündəmə gətirilməsi üçün yeni qərarlara. Zirvə görüşlərində dövlət rəhbərlərinin razıalşamalarına ehtiyac duyulur;

TÜRK PA üzvləri-Türkiyə Azərbaycanda insan haqları ilə bağlı dəyərləndirmələrdə bu ölkələri hədəfə alan qlobal erməni şəbəkəsinin dezinformasiya siyasətinin ifşası, qlobal türk diasporasının hüquqlarının müdafiəsinin diqqət mərkəzinə saxlanması da aktual məsələlər sırasındadır.

UNESKO və digər beynəlxalq humanitar təşkilatların xarici təzyiq sialına çevrilərək ölkəmizdə, Qarabağda yalnız fərqli dini-mədəni abidələrin, irsin müdafiəsi üçün atdığı addımlara qarşı məhz Azərbaycan xalqının uğradığı cinayətlərin vahid sənədlər, birgə məhkəmə qərarları ilə tanıdılması və beynəlxalq müstəviyə çıxarılması taleyüklü vəzifələrdən biri ola bilər.

Milli dövlətlər istiqamətində:

Üzv dövlətlərdə XXI əsrin insan hüquqlarının təmin edilməsinə ən böyük çağırışı olan-informasiya və kiber təhlükəsizlik  məsələlərinin, bu aspektdə yeni nəsil insan haqlarının qanunverici əsaslarının yaranmasında parlamentlərin birgə qurum,işçi komissiyalarının təsis edilməsi vacibdir.

Hazırda dövlətlərin və insanların informasiya hücumu, dezinformasiya texnologiyalarının hədəfinə çevrilməsi, hüquqlarının pozulması, Süni intellekt texnologiylarının cəmiyyətə təsir və şəxsi həyata müdaxiləsinin çeşidli üsullarının yaradılması bu sahədə miqyaslı qanunverici əsasların yaradılmasını zərurətə çevirir.

Sosial şəbəkələrin milli dövlətlərə siyasi təzyiq vasitəsi, inqilab texnologiyaları kimi qlobal vasitəyə transformasiya etdiyi hazırkı reallıq hamını düşündürməlidir.Bu baxmdan, TÜRK PA üzvlərinin aidiyyətli qurumlarının birgə qanunyaradıcı fəaliyyəti, qarşılıqlı təcrübə mübadiləsi gündəmdə durur;

Türkdilli dövlətlərdə insan hüquqlarının qorunmasına, müvafiq qlobal hesabat, reytinq və indekslərdə “ikili standartlar”,qərəz və böhtanlı yanaşma bir ənənəyə çevrilməsinə qarşı ortaq bəyanat və dəyərləndirmələrin açıqlanması ənənəsinin gətirmək,təkzib və əsaslandrmaq çox faydalı olardı;

Avropada “ universal insan haqları” modelinin türk sivilizasiyasının milli, mənəvi, tarixi-siyasi-etik dəyərlərinə adekvat olmayan “neoliberal və postmodern” hüquq kodekslərinin (transhumanizm trendlərinin, alternativ ailə hüquqları və s.)aqressiv təbliği, bu sahədə süni pozuntular görüntüsü yaratmaq fonunda- milli “unikal insan haqları” versiyasının müdafiəsi  və   qlobal cəmiyyətə çatdırılması yönündə ortaq səylər də vacibdir;

Əziz dostlar, bir daha hər birinizə diqqətiniz üçün ehtiramımızı bildirir və konfransın işinə uğurlar arzulayırıq."

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR