İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: ”Qarabağ indi Ermənistanın içərisində inzibati-siyasi minaya çevrilib”

Millətimizin tarixinə siyasi bütövlük bəxş edən 2023-cü il başa çatır. Vətən müharibəsində parlaq Qələbənin misilsiz nəticələrindən biri olan Xankəndi zirvəsi təkcə 32 il hökm sürən separatçı bir quurmun varlığına son qoymadı, eləcə də əsrlərlə davam edən köçkünlük, humanitar və iqtisadi sarsıntılar, xarici asılılıq və imperiya mənafelərin həyata keçiriən qüvvələrin daimi hökmranlığına səbəb olan Qarabağ münaqişəsinə son qoydu. İftixar hissi ilə demək olar ki, qlobal təhülkəsizlik şəraitində yalnız bizim regionda nəhayət, bərqərar olan ədalət və sülh perspektivi indi dünyada mövcud olan qaynar savaşların, kütləvi qətliamların bitməsi, yeni nizam və siyasi arxitektura üçün alternativsiz modellərdən biri ola bilər.

Qarabağ Zəfəri ilə başlayan Böyük qayıdış bütün tarixi torpaqlara, mədəni dəyərlərə, milli kimliyə dönüşün da hərəkətverici qüvvəsinə çevrildiyi üçün Qərbi Azərbaycanla bağlı 2023-cü ildə həyata keçirilən genişmiqyaslı tədbirlər özünün əhatə dairəsi, coğrafiyası, elmi və siyasi sambalı, hədəfləri və beynəlxalq gündəliyiə çıxmağı bacarması ilə  son dərəcə uğurlu sayıla bilər.

Sosial Tədqiqatlar Mərkəzi statusuna uyğun olaraq, bir-birindən zəngin elmi əsərləri, tarixin dərinliyinə gedən araşdırma və görüşləri, mühüm təqdimatları ilə dövlətimizin strateji xəttinə mühüm töhfələr verə bildi.

faf55d55-833b-4ce6-a24e-75652e855ef1.jpg (317 KB)

Qərbi Azərbaycan idealının gündəlikdə ön yerə çıxması mütəşəkkil, sistemli və koordinasiyalı olmaqla əvvəlki illərdən kəskin fərqlənirdi. Onun parlaq yekunu olaraq,  Azərbaycanın müstəqillik tarixində ilk dəfə  milli parlamentin plenar iclasında Qərbi Azərbaycana qayıdış məsələsi rəsmən müzakirələrə çıxarılması mühüm siyasi hadisə oldu. Son iki gündə Ermənistanın diplomatik-siyasi dairələrində həyacan, qorxu və narahatlıq daha sübut etdi ki,  Vətən müharibəsində qazanılan qələbə yalnız 30 ilik işğalı aradan qaldırmadı, eləcə də bütün tarixi torpaqlara aparan yolları, zəkaları  açdı, xalqımızın əsrlərdən gələn vətən və torpaq ruhunu oyatdı. Gündəliyin birinci məsələsi kimi doğma torpaqlara dönüşün müəyyənləşməsi millətimizin ideallarına cavab verən mühüm tarixi qərardır.

Başa çatmaqda olan 2023-cü ilin ən parlaq siyasi-hüquqi tədbirləri sırasında Qərbi Azərbaycana qayıdış konsepsiyasına ən yüksək  töhvəsini verən Milli Məclisin keçirdiyi ictimai dinləmələr, çap etdiyi kitab və dərgilər, millət vəkillərinin yüzlərlə məqalə, çıxış və müsahibələri xalqımızın tarixi hüquqlarını beynəlxalq müstəviyə daşımağa imkan verdi, düşmənin sərhədsiz iddialarına sipər çəkdi,  ictimai fikirdə Qayıdış idealını diri və canlı saxladı.

Qərbi Azərbaycana tarixi səyahət

Əlbəttə, Qərbi Azərbaycana dönüşlə bağlı məsələnin Milli Məclisinin plenar iclasına çıxarılması xəbəri Ermənistanın informasiya məkanında həyacana səbəb olub, kəskin daxili ittihamlar doğurub. Xüsusilə də son günlər Dağlıq Qarabağ Respublikasının ləğvinə dair Samvel Şahramanyanın antiterror savaşında məğlubiyyətin nəticəsi olaraq, 28 sentyabrda imzladığı sənədin guya 20 oktyabrda ortadan qaldırıldığına dair özünü müşavir kimi təqdim edən Vladimir Qriqoryanın Azadlıq radiosuna müsahibəsindən sonra İrəvanda əsil siyasi qarşıdırma yaşanır. Paşinyanın rəhbərlik etdiyi “Mənim Müqaviləm” partiyasının parlament təmsilçiləri “Ermənistanda rəsmən yalnız bir hakimiyyətin mövcud olduğunu” deyərək qarabağ klanını ittiham edir, sülh gündəliyinə və Azərbaycanın ərazi iddialarına səbəb olan şəxsləri xarici sifariş yerinə yetirməkdə günahlandırırlar. Nəticədə, Qriqoryan ictimai əsaslarla çalışdığı üçün sıravi vətəndaş kimi danışdığını bildirməyə məcbur olub. Ardınca Qarabağı ikinci erməni dövləti kimi öz bətnində saxlamağa çalışan böyük siyasi mərkəzlər və lobbi qruplarının sifarişi əsasında Şahramanyan və onun çevrəsini milli hökumətlə savaşa sürükləyən qüvvələr İrəvanda gərginliyi daha artırıblar.

Göründüyü kimi, Qarabağ indi Azərbaycanın deyil, Ermənistanın içərisində yad cismə, inzibati-siyasi minaya çevrilib. Yaxın günlərdə Şahramanyana və hibrid hökumətinə qarşı sui-qəsdlər istisna olunmur. Digər tərəfdən,  Azərbaycanın hüdudlarından kənarda Qarabağ mühacirət hakimiyyəti ideyası rasional təfəkkürlü ermənilərin nəzərində 3-cü dövlətlərin imperiya maraqları və əbədi düşmənçilik tərəfdarlarının xeyrinə işləyir.

Qərbi Azərbaycan kəndlərinin tarixi-coğrafiyası” silsiləsindən

Bir daha tarixə qayıtsaq, yalnız Ulu öndər Heydər Əliyev Qərbi Azərbaycan torpaqları-Göyçə, Zəngəzur, İrəvan və digər ərazilər haqqında bir millətin yol xəritəsi və mübarizə idealını təşkil edən çağırışlarla çıxış edib. Başqa heç bir siyasətçi, partiya rəhbərinin belə sistemli baxışı və hədəfi olmayıb. Ona görə də Xankəndi Zəfəri və ordumuzun təntənəli yürüşü Heydər Əliyevin ikinci ən böyük arzusunun-Göyçəyə, Zəngəzura, İrəvana da  dönüşü gerçələşdirəcək. Lakin dinc qayıdış, qalıcı  və sülhpərvər dönüş silahsız parad olacaq.

Azərbaycan xalqı Kürəkçay müqaviləsindən sonra müxtəlif ideologiya və formasiyalarda İrəvandan Qarabağa qədər böyük əraziləri itirib müstəqilliyin bərpasının 32-ci ilində Böyük qayıdış idealı ətrafında birləşməyə başlayır. Hərbi Zəfərimiz olmasaydı, yeni ideoloji-siyasi hədəflər də meydana çıxmazdı.

Bəli, Qaydış yalnız itirilmiş torpaqlara və doğma yurda dönüş deyil, mənəvi və mədəni dəyərlərə, ənənələrə, əcdadlarına irsinə və yaratdılqarı mirasın hifz olunmasına, bir sözlə öz varlığına və kimliiynə sahib çıxmaq deməkdir. Biz heç bir  qonşu dövlətə hücum və ərazi iddiaları ilə yaşamırıq, çünki Azərbaycanın könül və siyasi coğrafiyasının 86.6 min kvadrat kileometrdən daha böyük olduğunu gələcək nəsillərə ötürərək onların kollektiv, yaddaşını canlı tutmaq ən böyük vəzifədir. Qarabağ milli səfərbərlik idealı olduğu kimi, İrəvana dinc, sülhpərvər və qanuni qayıdış da xalqımızı bütövləşdirmək, vahidliyini qorumağa xidmət edir. Qarabag davası İrəvandan başlanmışdı, orada da bitəcək, Bakı və İrəvan yenidən mədəni, ticari və siyasi bağlarla birləşəcəkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR