İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüzlərlə yaralı polis, qarət edilmiş mağazalar, 12 min avtomobil: Fransada iğtişaşların nəticələri


Fransada 17 yaşlı yeniyetmənin polis zabiti tərəfindən öldürülməsindən sonra baş verən iğtişaşlar zamanı 850-yə yaxın polis əməkdaşı və yanğınsöndürən yaralanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fransa Milli Assambleyasında keçirilən iclasda daxili işlər naziri Jeral Darmanen bildirib.

“27 iyun-4 iyul tarixləri arasında 850 polis və yanğınsöndürən yaralanıb, onların çoxu ağır vəziyyətdədir”,-deyə nazir bildirib.

Bundan əvvəl Fransa hakimiyyət orqanları iğtişaşların 500-dən çox kommunaya yayıldığını, 700-dən çox binanın zədələndiyini bildirmişdi.

“Bir gəncin ölümü ilə 90 məktəb müəssisəsi, 103 bələdiyyə binası və 180 polis bölməsi, jandarm, yanğınsöndürmə məntəqəsinə edilən hücumlar arasında nə əlaqə var?”,- deyə nazir şikayətini dilə gətirib.

Darmanen həmçinin, aralarında bir neçə bələdiyyə sədrinin də olduğu 27 dövlət məmurunun hücuma məruz qaldığını söyləyib.

İyunun 27-də polis əməkdaşları Nanterredə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər və təhlükəsizlik rəsmilərinin dediyinə görə, onların tələblərini yerinə yetirməkdən imtina ediblər. Həftə ərzində Fransanın bir sıra şəhərlərində iğtişaşlar baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə gənclər 12 mindən çox avtomobili, o cümlədən bələdiyyə binalarını, polis bölmələrini və digər qurumları yandırıblar. Dörd minə yaxın insan saxlanılıb, onların əhəmiyyətli bir hissəsi yetkinlik yaşına çatmayanlar olub. İqtisadiyyat nazirliyinin məlumatına görə, mindən çox ticarət obyekti, 370-ə yaxın bank filialı, 200 ərzaq mağazası və 436 tütün mağazası talan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR