İnsanlara hürriyət, millətlərə istiqlal!

Yutubda keçmiş sevgilisi ilə bağlı video yayan qadın cəzalandırıldı

Mingəçevir Şəhər Məhkəməsində Şəhər Mərkəzi Xəstəxanasının oftalmoloqu Elxan Hüseynovun qeyri-rəsmi nikahda yaşadığı Pərvanə Tahirova barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, E.Hüseynov əvvəllər qeyri-rəsmi nikahda yaşadığı və 3 yaşlı övladının anası olan qadının Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və böhtan) maddələri əsasında məsuliyyətə cəlb edilməsini tələb edib. O bildirib ki, əvvəllər sevgi münasibətində olduğu qadın mətbuatda və yutub platformasında çıxış edərək onun haqqında təhqiramiz və böhtan xarakterli fikirlər bildirib. Yutubda yayılmış video məhkəməyə sübut kimi təqdim edilib.

Araşdırmalar zamanı məlum olub ki, həkim E.Hüseynov bir neçə il əvvəl Pərvanə Tahirova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb və onların bir qızı dünyaya gəlib. Daha sonra E.Hüseynov Pərvanəni və qızını özünə məxsus evə köçürüb. Lakin bir müddət sonra onların münasibəti pozulub və E.Hüseynov keçmiş sevgilisi və övladının evi tərk etməsini tələb edib. Lakin P. Tahirova Elxanın tələbini rədd edib və evi ona qaytarmayacağını, onun qızını böyütdüyünü deyib. Daha sonra tərəflər arasında məhkəmə çəkişməsi başlayıb. Həmçinin P.Tahirova Elxanın onun yaşadığı evə gizli kamera quraşdırması və sair iddialarla bağlı video çəkərək mediada yayıb.

Məhkəmə xüsusi ittiham qaydasındakı şikayəti təmin edib. P.Tahirova qeyd edilən maddələr üzrə təqsirli hesab edilib və 1500 manat cərimə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR