İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsinə təyin edib.

Musavat.com xəbər verir ki, bu məlumatı Kremlin təbliğat resursu RİA Novosti yayıb.

Qeyd edək ki, Salyukov hələ 9 mayda Moskvadakı Qızıl Meydanda keçirilən Qələbə Paradına komandanlıq etmişdi. Bu barədə BBC-nin Rus xidməti məlumat yayıb.

Yeni baş komandanın kim olacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Toğrul İSMAYIL,
Musavat.com

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR