İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio: “Rusiya heyətinin səviyyəsi sülh üçün irəliləyişə ümid vermir”

ABŞ-ın dövlət katibi Marko Rubio Türkiyədə keçirilən Rusiya-Ukrayna danışıqları ilə bağlı bədbin fikir bildirib.

Musavat.com xəbər verir ki, The Guardian nəşrinin yaydığı məlumata görə, Rubio Rusiya tərəfinin danışıqlara göndərdiyi nümayəndə heyətinin tərkibinin sülh prosesində ciddi irəliləyişin olacağına ümid vermədiyini söyləyib:

“Ümid edirəm, yüz faiz yanılıram. Ümid edirəm, sabah xəbərlərdə oxuyarıq ki, atəşkəsə razılıq verilib və ciddi danışıqlara başlanılıb. Amma açıq danışmaq lazımdır — bunun baş verəcəyinə inanmıram,” – deyə o, brifinq zamanı bildirib.

Rubio əlavə edib ki, bu böhrandan çıxmaq üçün yeganə şəxs prezident Donald Tramp ola bilər: “Tramp bu müharibənin bitməsini istəyir, kiminsə buna görə kredit qazanması onun üçün vacib deyil. Məncə, yeganə həll yolu prezidentin şəxsən müdaxilə edib Rusiya tərəfinin nə istədiyini öyrənməsi və bu münaqişənin bir dəfəlik yoluna qoyulmasıdır.”

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

15 May 2025

BÜTÜN XƏBƏRLƏR