İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanın Türkiyəyə "6 saatlıq hücum" xəbərdarlığına CAVAB: “Afina yerində olmayacaq”

Yunanıstan Türkiyəyə xəbərdarlıq edir: “Afina Ankaraya 6 saat hücum edəcək, daha sonra geri çəkiləcək”.

Konkret.az xəbər verir ki, bu barədə türkiyəli politoloq, kəşfiyyat və psixoloji müharibə eksperti Emin Gursəs prosesləri dəyərləndirərkən deyib.

O, daha sonra fikirlərini belə davam etdirib: “Bundan sonra Afina yerində olmayacaq. Prezident Ərdoğanın da dediyi kimi, Türkiyə bu qədər raketi niyə istehsal edir? Təbii ki, düşmənə qarşı istifadə etmək üçün hazırlanır. Əgər bizə qarşı hücum həyata keçirilsə, hər halda buna seyirçi qalmayacağıq”.

Politoloq çıxışına belə davam edib: “Zelenski Amerikaya gedir və Konqresdəki çıxışında “biz özümüz üçün döyüşmürük, qərb demokratiyası və sizin üçün mübarizə aparırıq” deyir. Eyni fikirləri bir vaxtlar Yunanıstanın sabiq baş naziri Eleftherios Venizelos da səsləndirirdi. O, 1921-ci ildə “The Times” nəşrinə müsahibəsində deyirdi: “Biz 10 il ərzində Anadoluda apardığımız müharibəni Avropa və İngiltərəyə görə davam etdirdik”. Yəni, indi də eyni məsələ gündəmə atılır. Amma nəticə necə oldu? Yunanıstanda 6-7 nəfəri edam etdilər, Venizelosun siyasi karyerası bitdi. Amma Türkiyəyə də çox ziyan verdilər”, – deyə Emin Gursəs fikirlərini tamamlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR