İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanda son 24 saatda 46 meşə yanğını baş verib

Yunanıstanda isti hava və güclü külək səbəbindən son 24 saat ərzində 46 meşə yanğını baş verib.

"Report" xəbər verir ki, Yunanıstan Yanğından Mühafizə Xidmətindən verilən açıqlamada yaxın günlərdə ölkənin bir çox bölgəsi üçün "yüksək meşə yanğını riski" xəbərdarlığı edilib.

Yunanıstanın müxtəlif bölgələrində son 24 saatda 46 meşə yanğınının baş verdiyi və bir çoxunun böyümədən söndürüldüyü bildirilib. Paytaxt Afinanın da daxil olduğu Attiki bölgəsindəki meteoroloji şərait meşə yanğınları riskini artırıb.

Ölkədə istilərin iyulun 20-də pik həddə çatacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR