İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan Rusiyadan qaz alışını rekord həddə çatdırdı

Rusiya qazından tam imtina edəcəyini bildirən Yunanıstanda sentyabr ayında Rusiya qazının istehlakı 72 faizə çatıb.

Yunanıstanın “Kathimerini” qəzetinin yaydığı məlumata görə, Ukraynada münaqişənin davam etməsinə baxmayaraq, Rusiya təbii qazı Yunanıstan və Avropa bazarlarına qayıdıb.oBelə ki, inun qaz kəmərləri ilə idxalı azalıb, mayeləşdirilmiş təbii qazın (LNG) gəmilərlə daşınmasının həcmi isə artıb.

2023-cü ilin doqquz ayında Yunanıstan bazarında Rusiya təbii qazının payı xüsusi hərbi əməliyyat başlamazdan əvvəlki səviyyəyə çatıb, sentyabrda isə 72 faizə çataraq rekord qırıb.

Rusiyadan qazın daxili bazarda ümumi həcmdə payı 2022-ci ilin 9 ayı ərzindəki 35,7 faizdən və bütün il ərzindəki 14,3 faizdən (2021-ci ilə nisbətən 68,3 faiz azalma) 2023-cü ilin 9 ayı ərzində 45 faizə yüksəlib. Qəzetin yazdığına görə, artım Rusiyanın LNG-nin aşağı qiymətlərlə tədarükü siyasətinin nəticəsidir ki, bu da boru kəmərləri ilə Avropaya nəql olunan təbii qazdan gəlir itkilərini məhdudlaşdırmağa yönəlib.

Qəzet qeyd edir ki, 2023-cü ilin yeddi ayında Rusiyadan Avropaya LNG idxalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb. Rusiya hazırda Avropanın ikinci ən böyük LNG ixracatçısıdır və Global Witness beynəlxalq təşkilatına görə, 2023-cü ilin yeddi ayında Avropaya daxil olan Rusiya LNG-nin dəyəri 5,29 milyard avro təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR