İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni tərkib BƏLLİ OLDU - Bu deputat vitse-prezident seçildi

Avropa Parlamenti Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin sədrini və iki sədr müavinini seçib.

Musavat.com xəbər verir ki, Avropa Parlamentinin Fransadan olan üzvü Natali Lozeu və Polşalı deputat Mixal Şterba nümayəndə heyətinin vitse-prezidentləri seçilib.

Nümayəndə heyətinin rəhbəri isə Latviya parlamentinin üzvü Nil Uşakovdur. Cənubi Qafqaz nümayəndə heyətinin rəhbəri ona göstərilən etimada görə təşəkkür edib və bildirib ki, region bir çox münaqişələrə səhnə olub, hazırda Aİ ilə münasibətlərə birbaşa təsir edən yeni geosiyasi mühit yaranıb.

“Cənubi Qafqaz iqtisadi, strateji və iqtisadi potensiala malikdir və təhlükəsizlik, qanunun aliliyi və ictimai azadlıqlar kimi sahələrdə dialoq və əməkdaşlığı gücləndirmək vacibdir. Mən sizinlə Cənubi Qafqazın daha firavan gələcəyi naminə çalışacağam”, - Nil Uşakov seçildikdən sonra Avropa Parlamentindəki həmkarlarına deyib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR