İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsi iştirakçısı 50 yaşlı kişini döyə-döyə öldürdü

Tərtərdə 50 yaşlı kişi qətlə yetirilib.

Musavat.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, İ.Qayıbov Vətən müharibəsi iştirakçısıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR