Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri Məcid Divani üç gün əvvəl Dəməşqdə İsrail Müdafiə Qüvvələrinin (IDF) hava hücumu nəticəsində ağır yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə SNN agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrailin Dəməşqə hava hücumundan sonra Məcid Divani Suriyada ağır yaralanıb və aldığı xəsarətdən bu gün ölüb.
Agentlik yazır ki, bu hava hücumu SEPAH-ın Suriyada məsləhətçi kimi fəaliyyət göstərən mühüm müşavirlərindən birinin itirilməsi ilə nəticələnib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ