İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə vacib XƏBƏRDARLIQ - Pullarınızı itirə bilərsiniz!

Son zamanlar sosial şəbəkələrdə saxta investisiya və maliyyə təklifləri genişlənib. Maliyyə fırıldaqçıları üçün əsas auditoriya isə sosial şəbəkələrdir. Fırıldaqçılar gənc istifadəçilər, yaşlı nəsil, daha az maliyyə biliyi olan vətəndaşlar və ya iş axtaranları bu platforma üzərindən cəlb edə bilirlər.

Onlar bu cür insanları tapmaq üçün sosial şəbəkələrin data analitikasından yararlanırlar. Bəs görəsən, vətəndaşlar bu kimi təhlükələrlə qarşılaşmamaq üçün hansı nüanslara diqqət etməlidir?

Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev vətəndaşlara bir sıra tövsiyələr verib:

"Telefon kontkatlarımız, tefefondakı şəxsi və ailəvi şəkillərimizin ələ düşməməsi və s. üçün edilə biləcək bəzi texniki məsələləri qeyd etmək olar.

1. “Google Play” və “App Store” da olmayan 3-cü tərəf proqramları əsla yükləməyin

2. “Google Play” və “App Store”-dan yükləmək istədiyiniz tətbiqin yüklənmə sayı 3000-dən aşağıdırsa onu əsla yükləməyin

3. Tətbiq yükləyərkən, sizdən tətbiqin istədiyi icazələrə diqqət yetirin. İcazələri minimallaşdırın və istədiyi icazələr məntiqli deyilsə, yükləməkdən imtina edin

4. Qarşınıza çıxan cəzbedici mərc oyunları və digər linklərin üzərinə vurmayın

5. Mümkün qədər pulsuz amma, global olaraq, tanınmamış xidmətlərdən və oyunlardan istifadə etməyin. Xidmət pulsuzdursa, satılan sizin məlumatlarınızdır

6. Heç kəsə SMS təsdiq kodunuzu və ya bank kartınızın 16 rəqəmi xaricindəki rəqəmləri deməyin. Kartın şəklini çəkib göndərərkən, digər məlumatları bağlayın. Qarşıdakı insana güvənə bilərsiniz, amma onun telefonu yoluxarsa, sizə də ciddi zərər dəyə bilər

7. Avadanlığınızı daimi olaraq “UPdate” edin!"

8. Sosial şəbəkələrimizi təmiz mühitdə istifadə etmək lazımdır.

9. Mobil və kompüter avadanlıqlarımızda pirat olmayan proqram təminatlarından istifadə etməli, məhbəsi bilinməyən “VPN” və ya digər fərqli üsullarla xüsusi imkanlar əldə etmək üçün cihazımıza hər hansı bir proqram yükləməməliyik.

10. ikili identifikasiyanın, yəni ikimərhələli təsdiqləmənin aktivləşdirilməsidir.

Belə hallarda aldanmayan tərəf olmamaq üçün nələr edilə bilər?

1. Göndərənə Diqqət Etmək lazımdır. Mesajın göndərən e-poçt ünvanı və ya telefon nömrəsi sizə tanış gəlmirsə və ya şübhəlidirsə, mesajın etibarsız olma ehtimalı yüksəkdir.

2. Mesajda verilən linklərdəki URL-ləri diqqətlə yoxlayın. Şübhəli Mətnlərə Diqqət Yetirin. Mesajın dili və üslubu qeyri-rəsmi və ya qeyri-adi görünə bilər. Məsələn, yazım səhvləri, qrammatika səhvləri, və ya qeyri-adi tələblər mesajın saxta olma ehtimalını artırır.

3. Mesajın təcili reaksiya tələb etməsi və ya sizi qorxutması, məsələn, "Hesabınız bloklanır!" və ya "Zəhmət olmasa dərhal cavab verin!" kimi ifadələr saxta ola bilər.

4. Mesaj sizdən şəxsi məlumatlarınızı (şifrə, kredit kartı nömrəsi və s.) tələb edirsə, şübhələnməlisiniz. Rəsmi təşkilatlar belə məlumatları e-poçt və ya SMS vasitəsilə tələb etməzlər.

5. Mesajın doğruluğunu təsdiqləmək üçün, rəsmi təşkilatların və ya xidmətlərin veb saytlarından öyrənmək və ya çağrı mərkəzi ilə əlaqə saxlamaq olar. Rəsmi təşkilatlar mesaj göndərmişsə, onlar üçüncü tərəflər vasitəsilə yoxlamalar etməyi tövsiyə edəcəklər.

6. Rəsmi e-poçt ünvanlarından və sosial media hesablarından mesajların doğru olub-olmadığını yoxlayın.

7. Mesajda göstərilən linkləri klikləməkdən əvvəl, linkin URL-sini diqqətlə yoxlayın. Şübhəli görünən və ya tanımadığınız saytlara yönəldən linklərə klikləməyin.

8. Cihazınızda etibarlı antivirus və antimalware proqramlarının quraşdırılmış olmasından əmin olun. Bu proqramlar bəzən şübhəli və potensial təhlükəli bağlantıları blok edə bilər.

9. Şübhəli mesajlar aldığınızda, təşkilatın rəsmi saytını ziyarət edərək məlumatları yoxlayın. Bu tədbirlər sizə fake mesajlardan qorunmağa kömək edəcək və şəxsi məlumatlarınızın təhlükəsizliyini təmin edəcək.

Bəzi xüsusi məsələləri qeyd etməyə çalışdıq. Əgər tamamilə yad və təhlükəli hesab etdiyiniz bir məqam olarsa, heçnə etməyin, əlaqədar təhlükəsizlik əməkdaşlarından və dövlətin ixtisaslaşmış qurumlarından kömək istəyə bilərsiniz. Ümud edirik, qeyd edilən məqamların hər kəsə ciddi köməyi dəyəcəkdir./yenisabah

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR