İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan dövlət televiziyasının Türkiyədəki zəlzələ ilə bağlı bu addımı gündəm oldu - VİDEO

Yunanıstan dövlət televiziyası səhər xəbərlərini türkiyəli müğənni Kazım Koyuncunun mahnısı ilə açıb.

Musavat.com xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT səhər xəbərlərində zəlzələ bölgəsindən görüntülər yayımlanıb.

Yayımda olan görüntülərdə Kazım Koyuncunun "Ben seni sevdiğimi dünyalara bildirdim" mahnısı səsləndirilib.

Yunanıstanın bu addımı sosial mediada da rəğbətlə qarşılanıb. 

Qeyd edək ki, Yunanıstan Prezidenti Katerina Sakelaropulu və Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis ötən gün baş verən zəlzələ ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək başsağlığı veriblər. 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR