İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol polisləri xanımları belə təbrik etdi

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sürücü və piyadaları təbrik ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, şəhərin küçə və prospektlərində, xüsusilə mərkəzi yollarda sükan arxasında olan 30-a yaxın qadın sürücü saxlanılıb. Polis əməkdaşları həmin sürücüləri, eləcə də nəqliyyat vasitəsində olan xanımları, azyaşlıları təbrik edərək onlara gül və müxtəlif hədiyyələr veriblər.

Tədbir zamanı xanım piyadalar da diqqətdən kənarda qalmayıb. Asayiş keşikçiləri onları da bayram münasibətilə çiçək və müxtəlif hədiyyələrlə təbrik ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR