Onlayn ictimai-siyasi qəzet
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taleh Bərxudarov saxlanılaraq şöbəyə gətirilib.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Onun üzərində aparılan müvafiq axtarış zamanı əlindəki sintetik torbadan 1 ədəd "Kalaşnikov-AK74" markalı avtomat, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, Polis əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Yevlax rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər saxlanılıb.
Onlardan ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
18 Avqust 2025
17 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ