İnsanlara hürriyət, millətlərə istiqlal!

Yerin müşahidəsi üzrə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Azərbaycanın Kosmik Agentliyi – Azərkosmosun təşəbbüsü ilə 5 iyun tarixində Yerin müşahidəsi üzrə müsabiqənin təltifetmə mərasimi keçirilib.

Bu barədə Musavat.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

2022-ci ilin noyabr ayına qədər qeydiyyatdan keçən iştirakçılar bu il fevralın sonuna qədər layihələrini təsdiq ediblər. Finala 593 iştirakçıdan 27 nəfər yüksəlib, qaliblər isə münsiflər heyəti tərəfindən bu 27 nəfərdən seçilib. Qaliblərin siyahısını diqqətinizə çatdırırıq:

1-ci yerin sahibi – Fəryad Əhmədov, “Buzlaq sahələrinin dəyişmə dinamikasının təhlili” layihəsi – 5000 AZN məbləğində mükafat;

2-ci yerin sahibi – Bəxtiyar Əzizov, “Azersky peyk təsvirləri əsasında Şəki rayonunda payızlıq taxıl məhsulunun proqnozlaşdırılması” layihəsi – 3000 AZN məbləğində mükafat;

3-cü yerin sahibi – Fazil İsmayılov, “Azərbaycan Respublikası ərazisində peyk və peykaltı optik müşahidələr əsasında ətraf mühitin məsafədən monitorinqi və nəzarət sisteminin işlənməsi” layihəsi – 1500 AZN məbləğində mükafat.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərkosmosun sədr müavini Dunay Bədirxanov iştirakçıları salamlayıb və Azərbaycanın dünya kosmik sahəsinin fəal üzvü olması ilə yanaşı, beynəlxalq kosmik arenada da mühüm oyunçu olduğunu vurğulayıb.
Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin direktoru İsmət Baxışov həyata keçirilən layihələr üzrə fəaliyyətlər barədə məlumat verib.

2016-cı ildən etibarən Azərkosmos tərəfindən keçirilən Yerin müşahidəsi üzrə müsabiqənin əsas məqsədi ölkəmizdə elmi fəaliyyəti təşviq etmək, sosial-iqtisadi inkişafı dəstəkləmək, eyni zamanda Yerin müşahidəsi xidmət və həllərinin müxtəlif sahələrdə tətbiq potensialını tanıtmaqdan ibarətdir. Müsabiqədə 18 yaşdan yuxarı, elmi tədqiqatla məşğul olan hər kəsin iştirak etmə şansı var. İştirakçıların işlədiyi sahə və təcrübəsi ilə bağlı xüsusi bir tələb yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR