İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni virus yayıldı: "Artıq hər kəsin taleyi..." - ŞOK XƏBƏRDARLIQ

Çində həftələrdir yayılan və xəstəxanalardakı yerlərin dolmasına səbəb olan "pnevmoniya virusu" Hindistan və ABŞ-dan sonra Avropa ölkələrinə yayılıb və bu səbəbdən dünyada "yeni epidemiya" narahatlıqları artıb.

Musavat.com xəbər verir ki, daha çox uşaqlarda görünən xəstəliyin yayılması faktı Danimarka və Hollandiya tərəfindən təsdiqlənib. Fransada isə yoluxma hallarının epidemiya səviyyəsinə çatdığı bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sətəlcəm dalğasına səbəb olan yeni patogenə dair heç bir dəlil olmadığını, lakin vəziyyətin yaxından izləndiyini açıqlayıb.

Vaşinqton Universitetinin Patologiya şöbəsinin professoru Donald Karçer xəstəliyin yayılması ilə bağlı Britaniyanın "Daily Star" qəzetinə danışıb:

6572d0a64e3fe02c40a9a3de.jpg (67 KB)

"Koronavirus epidemiyasının qoyduğu izlərini nəzərə alsaq, insanların yeni bir virusa görə təşvişə düşməsi tamamilə başa düşüləndir. Bundan sonra hər kəsin taleyi öz əlindədir. İndi edə biləcəyimiz şey xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbir görməkdir. Tətil mövsümü yaxınlaşdıqca diqqətli olmaq düzgün olardı. Səyahət edirsinizsə, maska ​​taxmağı məsləhət görürəm".

Bəs bu xəstəliyin əlamətləri hansılardır?

Pnevmoniya ağciyərlərin hava kisələrinin iltihabına səbəb olan bir xəstəlikdir. Hava kisələrinin iltihabı öskürək və ya tənəffüs çətinliyi kimi əlamətlərlə özünü göstərir. Bakteriyaların yaratdığı pnevmoniya antibiotiklərlə müalicə olunur. Viral pnevmoniyada antibiotiklər faydasız hesab edilir və xəstənin ümumi vəziyyətini dəstəkləmək üçün müalicələr aparılır.

Xəstəliyin əsas əlamətləri isə bunlardır:

-Qızdırma, titrəmə, tərləmə

- Öskürək, bəlğəm

- Sinə/kürək ağrısı

- Sürətli nəfəs

- Döş qəfəsində xırıltı

- Qusma

- Baş ağrısı

- Əzələ ağrısı

- Zəiflik, iştahın azalması

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR