Onlayn ictimai-siyasi qəzet
Erməni əsilli türk tarixçisi Nurhan Çetinkaya katolik dünyasının yeni ruhani lideri Papa XIV Leo ilə qohum olduğunu iddia edib.
Musavat.com xəbər verir ki, Çetinkaya araşdırmaları nəticəsində Papa XIV Leo-nun əcdadlarının Kayseridən olduğunu və ailə ağacında onunla qohumluq əlaqəsi qurduğunu bildirib.
“Anamın dayısı tərəfdən qohumumuzdur”, – deyə tarixçi bildirib.
N.Çetinkaya həmçinin Papa XIV Leo-nun əvvəlki adının Francis Parses Prebis olduğunu, köklərinin isə Kayserinin Everek bölgəsinə dayandığını iddia edib.
Çetinkaya qeyd edib ki, bu iddiaların təsdiqlənməsi halında hadisə həm Vatikan, həm də Türkiyə üçün əhəmiyyətli ola bilər. O, Papa ilə görüşmək və onun Kayseriyə səfərini təşkil etmək istədiyini də vurğulayıb.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ