İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qalatasaray”ın ulduz futbolçusu İkardi ilə bağlı ŞOK İDDİA yayıldı - SON DƏQİQƏ açıqlaması 

“Penyarol” klubunun prezidenti İqnasio Ruqlio Mauro İkardinin transfer ediləcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Musavat.com-un xəbərinə görə, iddiaları təkzib edən Ruqlio deyib:

“Uzun müddətdir mənimlə əlaqə saxlamayan bir çox insan bu mövzu ilə bağlı yazdı, amma ortada heç nə yoxdur. Onu komandamızda görmürük. Transfer siyahımızda belə bir ad yoxdur”.

İqnasio Ruqlio “Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi haqqında yayılan transfer xəbərlərinin tamamilə əsassız olduğunu vurğulayıb. O, sözlərinə belə davam edib:

“Yayılan xəbərlərin heç biri doğru deyil. Bu şayiənin haradan çıxdığını bilmirəm, amma sosial media dövründə artıq heç nəyə təəccüblənmirəm”.

Qeyd edək ki, “Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi bu mövsüm komandası ilə 10 oyuna çıxıb və 5 qol vurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR