İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızlarının qanında narkotik tapılan məşhur aktrisa OD PÜSKÜRDÜ - FOTO

Türkiyədə məşhurlara qarşı başladılan narkotik əməliyyatı çərçivəsində testi pozitiv çıxanlardan Derin Talu və Deren Talunun anası, aktrisa və aparıcı Defne Samyeli qızlarının test nəticələrinə sərt reaksiya göstərib.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Samyeli bildirib ki, nəticələrə etibar etmirlər. 

Bacılar birgə açıqlamalarında qeyd ediblər:

“Şokdayıq. Həyatımızda heç vaxt narkotik istifadə etməmişik. Bu nəticələr əsla doğru deyil. Bir insanın adını bu qədər asanlıqla ləkələmək mümkündürmü? Qan analizində yalnız istifadə etdiyim antidepressant - sertralin maddəsi çıxıb. Bu ölkədə antidepressant istifadə etmədən yaşamağın mümkünsüz olduğunu bir daha anladım. Nəticələri əsla qəbul etmirik, müstəqil bir klinikada yenidən test olunacağıq. Adımızın ləkələnməsinə imkan verməyəcəyik”.

Qızlarını müdafiə edən Defne Samyeli isə açıqlamasında kəskin ifadələr işlədib:

“Mən təkcə narkotikə deyil, siqaretə belə qarşı olan bir insanam. Bu adların necə seçildiyi, onlar haqqında hansı məlumat və ya şikayətin olduğu belə bizə bildirilməyib. Üstəlik, bu mübahisəli test nəticələrini biz mətbuat vasitəsilə öyrənirik. Qızlarım üçün müstəqil bir xəstəxanada testləri yenidən etdirəcəyik”.

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 8 oktyabrda məşhurların da daxil olduğu 19 şübhəli barəsində əməliyyat həyata keçirilmişdi. Onlardan qan və saç nümunələri götürülərək narkotik istifadəsi ilə bağlı testlər aparılmışdı. Aparılan analizlərin nəticəsinə görə, Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Kaan Yıldırım və Metin Akdülgerin testləri pozitiv çıxıb. Digər məşhurlar - Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Mert Yazıcıoğlu, Zeynep Meriç Aral, Ceren Moray Orcan, Hadise Açıkgöz və Özge Özpirinçci Yamantürkdə isə narkotik maddə aşkarlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR