Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc barəsində yazılanlara TV Müsavatın “Bazar Xəbər” verilişində münasibət bildirib.
Z.Oruc deyib ki, barəsində böhtanlar yazılır. Onun sözlərinə görə, 25 ildir sədaqətlə və şərəflə gəldiyi yola-Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması onu dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz: “Biz fəaliyyətimizi parlament həyatında quranda onun içərisində heç zaman ikili planlarda iştirak, xarici agentura mərkəzlərinin ssenarilərinə yer vermək, üçüncü şəxslərin qəyyumçuluğunu qəbul etmək, dördüncülərin hər hansı mesaj vermək, beşincilərə ağla gələn-gəlməyən, kommunikasiyanın imkan verdiyi şərtlərlə əlaqə qurmaq heç zaman mümkün olmayıb. Ona görə də bu məsələlər yayılarkən açıq mətnlə anındaca reaksiyamızı ifadə etdik. Keçmişdə rəhbərlikdə olan şəxslərlə bağlı zamanında dediyimiz fikirlərdə də heç bir tayfa-klan, alternativ birlik, xaricdən idarə olunan gizli sturktur mövqeyindən yox, dövlət mövqeyini qorumaq baxımdan münasibət olub”.
Açıqlamanın geniş versiyası ilə aşağıdakı video vasitəsilə tanış ola bilərsiz.
Musavat.com
20 Oktyabr 2025
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ