Onlayn ictimai-siyasi qəzet
"Biz əvvəlki illərdə çəkdiyimiz zəhmətlərin bəlkə də bu il daha çox bəhrəsini görürük".
Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Haber Global" telekanalına verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, "Qarabağ" komandasının uğurlarının Avropa və Türkiyədə əks-səda doğurması klub üzvlərinə stimul verir.
17 ildir "Qarabağ"ın sükanı arxasında olan Qurbanov klubdan ayrılmaq istəmədiyini də vurğulayıb:
"Bura mənim ikinci evimdir, bəlkə də birinci evimdir, çünki mən burada daha çox vaxt keçirirəm. Amma gələcəkdə hər şey ola bilər. Hazırda daha böyük bir kluba keçmək kimi bir fikrim yoxdur".
Daha ətraflı süjetdə:
20 Oktyabr 2025
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ