İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni rektor “yaxşı başlayıb” –Oksana “Naxçıvan” Universitetinin tələbələrinə “nə öyrədib?”-FOTO

Aktrisa Oksana Rəsulova “Naxçıvan” Universitetində tələbələrlə görüşüb.

TNS xəbər verir ki, bu barədə aktrisa özü “Instagram”da məlumat yayıb.

“Möhtəşəm bir gün yaşadım. “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, prorektoru Nurlana Əliyeva və universitetin digər nümayəndələri ilə görüş oldu. Daha sonra tələbələrlə 1,5 saatlıq görüşümüz çox maraqlı və faydalı keçdi. Hər kəsdən pozitiv enerji aldım. “Həmsöhbət” lahiyəsinin ilk qonağı oldum, xeyirli və davamlı olsun”, - görüşdən fotoları izləyiciləriylə bölüşən Oksana qeyd edib.

Rəqqasənin “Naxçıvan” Universitetində görüşünün təşkil olunması birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri rəqqasənin görüşünü təşkil etdiyi üçün universitet rəhbərliyini tənqid edib.

“Naxçıvanda islahatlar sürətlə gedir” yazan sosial şəbəkə istifadəçiləri rəqqasənin tələbələrlə görüşünə ironiya ilə reaksiya veriblər.

Oksana Rəsulovanın “Naxçıvan” Universitetinə dəvət edilməsi, tələbələr qarşısında çıxışı həqiqətən də başadüşülən deyil. “Naxçıvan” Universitetində 4 fakültə var: İqtisadiyyat, İdarətemə, Pedaqoji və Xarici dillər fakültələri. Bu fakültələrin heç birində incəsənət profilli ixtisas yoxdur. Yəni bu universitetdə Oksananın “öyrədə biləcəyi” tələbə təhsil almır. O zaman sual olnur: Rəqqasə Oksana Rəsulova “Naxçıvan” Universitetinə niyə dəvət olunub?” Nəyə görə universitetdə təhsil alan tələbələrin ixtisasına uyğun mütəxəssislər, alimlər, ziyalılar deyil, Oksana kimi rəqqasələr ali məktəbin auditoriyası qarşısına çıxarılıb? Yəqin ki, “Naxçıvan” Univesitetinin yeni rektoru Anar Kazımovun cəmiyyətin əksər təbəqələrini düşündürən bu suallara verəcək cavabı vardır. Mövzuya yenidən qayıdacağıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR