Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.
"Yeni Müsavat" Media Qrupunun əməkdaşları da şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Eyni zamanda saat 12.00-də TV Müsavatın "Canlı debat" verilişi zamanı şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimiz dərin ehtiramla yad olunur.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ