İnsanlara hürriyət, millətlərə istiqlal!

Canlı yayımda GÜLLƏLƏNDİ

Meksikanın Verakrus ştatının Teksistepek şəhərində seçicilərlə görüş zamanı yerli merliyə namizəd, iqtidarda olan “Milli Dirçəliş Hərəkatı” (Morena) partiyasının üzvü Yeseniya Lara Qutyerres güllələnərək qətlə yetirilib.

Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, hadisə zamanı qadınla birlikdə 3 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb.

Hücum mayın 11-də axşam saatlarında Qutyerresin Teksistepekin küçələrində keçirdiyi mitinq zamanı baş verib və həmin anlar “Facebook”da canlı yayımlanıb.

Merliyə namizəd partiya atributları olan bayraqlarla onu müşayiət edən onlarla tərəfdarın əhatəsində hərəkət edib. O, şəhər sakinlərinə yaxınlaşıb onları salamlayıb. Gözlənilmədən atəş səsləri eşidilib, insanlar arasında panika yaranıb, izdiham dağılıb və canlı yayım dayandırılıb. Kadrlar təhlil edildikdə, təxminən on saniyə ərzində 20-yə yaxın atəş səsinin eşidildiyi görünür.

Meksika prezidenti Klaudiya Şeynbaum bildirib ki, hücum edənlər hələ müəyyən edilməyib və müstəntiqlərin cinayətin motivləri barədə məlumatı yoxdur. CNN xəbər verir ki, hökumət bələdiyyə seçkilərinin iyunun 1-nə təyin edildiyi Verakruz ştatının administrasiyasına federal dəstək təklif edib.

Nəşrin qeyd etdiyinə görə, Meksikada seçki kampaniyaları zamanı siyasətçilərə qarşı hücumlar adi hal alıb. 2024-cü ilin mayında Gerrero ştatında bələdiyyə başqanlığına namizəd kampaniya zamanı öldürülüb. Həmin hücum da video görüntüyə düşüb. Bir neçə gün sonra isə Miçoakan ştatının Kotixa şəhərinin meri idman zalından evinə mühafizəçi ilə qayıdarkən güllələnib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR