Onlayn ictimai-siyasi qəzet
ABŞ artıq bir neçə aydır Ukraynaya Rusiyanın dərinliklərində yerləşən enerji infrastrukturlarına zərbələr endirməkdə yardım göstərir.
Musavat.com xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
ABŞ tərəfindən təqdim olunan kəşfiyyat məlumatları Ukraynaya mühüm enerji obyektlərinə, o cümlədən neft emalı zavodlarına (NEZ) dəqiq zərbələr endirməyə imkan verib.
Nəşrin yazdığına görə, Ukrayna hədəfləri müstəqil şəkildə müəyyənləşdirir, daha sonra Vaşinqton həmin obyektlərin zəif nöqtələri barədə əlavə məlumat təqdim edir.
Mənbə qeyd edib ki, bu əməkdaşlıq Rusiyanın enerji sektoruna qarşı təzyiqlərin sistemli mərhələyə keçdiyini göstərir.
Musavat.com
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ