İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 16 yaşlı qız ana oldu

Azərbaycanda 16 yaşlı qızın ana olması ilə bağlı fakt ictimaiyyətdə ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlayıb.

Onun sözlərinə görə, azyaşlı ana artıq qurumun tərkibində fəaliyyət göstərən sığınacağa yerləşdirilib.

“Onun cəmi 16 yaşı var. Hamiləlik dövründə sığınacağımız tərəfindən ona bütün zəruri dəstək göstərilib. Hazırda körpəsi ilə birlikdə sığınacaqda qalır. Qızın həm anası, həm də atası dünyasını dəyişib. Uşağın atasının isə harada olduğu bilinmir. Azyaşlının dediyinə görə, həmin şəxs 27 yaşındadır”, - deyə Mehriban Zeynalova bildirib.

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR