İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni açılacaq metrostansiyanın yaxınlığında acınacaqlı MƏNZƏRƏ

Bakıda metronun "Xocasən" stansiyasının tikintisi tamamlanmaq üzrə olsa, da yerli sakinlər bunun sevincini yaşaya bilmir. Çünki metrostansiyanın yaxınlığındakı küçədə mövcud olan acınacaqlı mənzərə onların keyfinə soğan doğrayır.

BAKU.WS-in "qaynar xətt"inə müraciət edən sakinlər yeni stansiyanın çıxışındakı yolun qısa zamanda təmir olunmasını istəyirlər. Hər gün evdən işə gedərkən palçıqlı yolla hərəkət etmək məcburiyyətində qaldıqlarını bildirən sakinlər bu məsələnin həllini səbirsizliklə gözləyirlər.

Üstəlik nəzərə almaq lazımdır ki, havaların yağışlı olması zamanı ərazidə gölməçələr də yaranır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR