İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəməndə mina partlaması nəticəsində 3 nəfər ölüb

Yəmənin qərbindəki Hudeyda əyalətinin Hays rayonunda mülki vətəndaşlar minaya düşüb.

APA xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Yəmən hökuməti və insan haqları hesabatlarına görə, 2014-cü ildə vətəndaş müharibəsi başlayandan bəri İranın dəstəklədiyi husilər ölkə daxilində 2 milyona yaxın mina basdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR