İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İrana hücumun hədəfləri ilə bağlı QƏRAR VERDİ

ABŞ rəsmiləri hesab edirlər ki, İsrail İranın hücumuna qarşı “cavab hədəflərini daraldıb”.

Musavat.com xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, söhbət İranın hərbi və enerji infrastrukturundan gedir. Eyni zamanda, telekanal qeyd edir ki, İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığına dair heç bir işarə yoxdur.

“Birləşmiş Ştatların bu gün cavab veriləcəyi barədə məlumatı yoxdur. Onların özlərinin vaxtla bağlı qərar verib-vermədiyi bəlli deyil”, - “NBC News” öz mənbələrinə istinadən bildirir.

Qeyd edilir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə telefon danışığı aparıb və onlar “İsrailin cavabının ümumi konturlarını” müzakirə ediblər. Bununla belə, “NBC News” vurğulayır ki, Qalantın hər hansısa konkret təfərrüat təqdim edib-etmədiyi aydın deyil.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR