İnsanlara hürriyət, millətlərə istiqlal!

Yekaterinburq merindən “Z” işarəsi ilə bağlı cəsarətli addım 

Yekaterinburq meri Aleksey Orlov Rusiyanın Ukraynaya işğalçı müharibəsinin qeyri-rəsmi simvolu hesab edilən “Z” hərfini büdcə hesabına şəhər administrasiyasının binasına asmaqdan imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə yerli “7x7” saytı məlumat yayıb.

“Bu bina tarixi abidə sayılır. Ona görə də biz fasaddan asılacaq hər şeyə görə çox ehtiyatlı davranırıq”, - deyə Orlov mətbuat konfransında bildirib. O, büdcə hesabına “Z”nin yerləşdirilməsini yersiz adlandırıb. Merin fikrincə, başqa şəxslər bu cür bəzəklər haqqında düşünə bilər.

Qeyd edək ki, 1930-cu illərdə tikilmiş meriyanın binasına müharibə simvolunun asılmasını Yekaterinburqun bir qadın sakini təklif edib. O, Orlovdan müharibəni görməzdən gəlməyi dayandırmağı tələb edən petisiya göndərib. Həmin qadın bələdiyyə sədrinin - “varlı adamın” Ukraynada döyüşən rus döyüşçülərə “bir qəpik də xərcləməməsindən” və Ukraynadakı döyüşlərə açıq dəstək verməməsindən qəzəbləndiyini ifadə edib. Petisiya 2300 dəfə imzalanıb. Yekaterinburqda 1,5 milyondan çox insan yaşayır.

“7x7”nin yazdığına görə, “Z” hərfi Voronej, Kirov, Tümen şəhərlərindəki tarixi binalardan asılıb. Hətta Yaroslavlda məhkəmə yerli sakinin bannerin götürülməsi tələbini rədd edib və mədəni irsin mühafizəsinin vətəndaşların işi olmadığını bildirib.

Xatırladaq ki, Yekaterinburqun keçmiş meri, Putin rejiminin qatı müxalifi Yevgeni Royzman hazırda Rusiyada “xarici agent” statusundadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR