İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin Afrikadakı yaxın adamı saxlandı, məsələyə XİN qarışdı

Siyasət texnoloqu Maksim Şuqaley Çad hava limanında saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti yazıb.

Bildirilib ki, M. Şuqaley tərcüməçisi Samer Sueyfan ilə birgə saxlanıb. Məlumata görə, onlarla əlaqə 3 gün öncə kəsilib. Rusiya Xarici İşlər Nazirliyi həbsin hansı şəraitdə baş verdiyini araşdırır. Rusiya mətbuatının yazdığına görə, Şuqaley Afrikada Yevgeni Priqojin üçün işləyib. O, seçkilərdə rusiyayönlü namizədlərə məsləhətlər verib.

Agentlik xatırladıb ki, 2019-cu ildə Şuqaley Liviyada Müəmmər Qəddafinin oğlu ilə ehtimal görüşünə görə ölkənin milli maraqlarını təhdid etmək ittihamı ilə saxlanılıb. Ekspert 2020-ci ilin sonunda azad edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR