İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Livanla bağlı ŞOK PLANI

İsrail hərbi komandanlığı Livanın şimalında bufer zona yaratmaq üçün ərazilərin ələ keçirilməsini nəzərdə tutan quru əməliyyatı hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Livan strategiyasının hazırlanmasında iştirak edən ehtiyatda olan zabitlərdən biri hücum planlarının hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu planları həyata keçirmək üçün kifayət qədər hərbçi yoxdur.

 “The Economist” xatırladıb ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağından Livanla sərhədə iki diviziya köçürüb.

Jurnal qeyd edib ki, Livanda rabitə cihazlarının partlamasından sonra Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, İsraillə “Hizbullah” hərəkatı arasında müharibədən söhbət getmir. “Hizbullah” tammiqyaslı hərbi əməliyyatlara keçərsə, İsrailin mərkəzindəki hədəfləri məhv etmək üçün daha uzun mənzilli raketlərdən istifadə etməyə başlayacaq.

Jurnalın yazdığına görə, İsrailin hərbi-siyasi rəhbərliyində Livan ətrafındakı vəziyyətlə bağlı yekdil fikir yoxdur.

Qeyd olunub ki, İsrailin bəzi yüksək vəzifəli şəxsləri hərəkatın liderlərinin məhv edilməsindən sonra “Hizbullah”dakı xaosdan tez bir zamanda istifadə etməyi təklif edirlər. Eyni zamanda, generallar və müdafiə naziri Yoav Qalant “Hizbullah”ın öz mövqeyinə yenidən baxa və İsrail ərazilərinin atəşə tutulmasından imtina edə biləcəyinə inanaraq, hazırkı strategiyanı dəstəkləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR