İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeganə Ramazanovaya yeni vəzifə verildi - FOTO

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Yeganə Ramazanova vəzifəsindən ayrılıb.

Musavat.com xəbər verir ki, o bu barədə "LinkedIn" sosial media hesabında paylaşım edib.

"Karyera yolunda hər mərhələ insana təcrübə qazandırır. Bu gündən yaxşı təcrübələrin, peşəkar dəyərin, inkişaf imkanlarının və komanda ruhunun olduğuna ürəkdən inandığım bir mühitdəyəm.

Bundan sonrakı fəaliyyətimi "Ümid Babək Əməliyyat Şirkəti"ndə (UBOC) davam etdirəcəyəm".

Xatırladaq ki, Yeganə Ramazanova 2024-cü il fevralın 21-də Elm və Təhsil Nazirliyində çalışmağa başlayıb. Bundan öncə o, İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR