Onlayn ictimai-siyasi qəzet
Münhen Təhlükəsizlik Konfransının tanınmış eksperti Niko Lanqe hesab edir ki, Ukrayna ilə bağlı böhranın qalıcı şəkildə həll olunmasının yeganə real yolu onun NATO-ya üzv qəbul edilməsidir.
Musavat.com xəbər verir ki, bu barədə o, DW kanalının “#вТРЕНДde” proqramına verdiyi müsahibədə bildirib.
“Yeganə işlək variant Ukraynanın NATO-ya qəbul edilməsidir,” – deyə Lanqe vurğulayıb.
Onun sözlərinə görə, bu addım yalnız Ukraynanın təhlükəsizliyini deyil, həm də Avropanın gələcək sabitliyini təmin edə bilər.
Lanqe həmçinin əlavə edib ki, indiyədək tətbiq olunan diplomatik formatlar və vasitəçilik cəhdləri Rusiyanın təcavüzünü dayandırmaqda kifayət qədər effektiv olmayıb.
DW kanalında yayımlanan tam müsahibədə Lanqe həm hərbi, həm də siyasi müstəvidə NATO-Ukrayna münasibətlərinin gələcəyini dəyərləndirib.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ