Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Suriyanın Cərəmana şəhərində yerləşən Müqəddəs İlya kilsəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə yüksəldi. Çoxsaylı yaralılar var.
****
İlkin məlumatlara görə terror aktını İŞİD terror təşkilatı öz üzrəinə götürüb.
****
Suriyanın paytaxtı Dəməşqin şərq hissəsində güclü partlayış qeydə alınıb. Yerli KİV-lərin yaydığı məlumatlara əsasən, partlayış Mar Elias adlı katolik monastırında baş verib.
Musavat.com xəbər verir ki, hazırda hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. Hadisənin terror aktı olma ehtimalları yüksəkdir. İlkin məlumatlara görə, 15 nəfər ölüb, xeyli sayda yaralı var.
Mar Elias monastırı regionun dini abidələrindən biri kimi tanınır və bu cür hücumun səbəbləri araşdırılır.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ