Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının səkkiz ölkəsi Brüsseli Rusiya diplomatlarının Şengen zonası daxilində sərbəst hərəkətini qadağan etməyə və bunu akkreditə olunduqları ölkələrlə məhdudlaşdırmağa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Reuster nazirlərin Aİ xarici işlər komissarı Jozep Borrelə müraciətinə əsasən yayıb.
Müraciətdə qeyd olunur ki, kəşfiyyat, təbliğat və mümkün təxribat fəaliyyətləri “Aİ-də çoxlu sayda rusiyalı “diplomatlar” üçün əsas “iş yüküdür”.
Məktubu Çexiya, Danimarka, Estoniya, Latviya, Litva, Hollandiya, Polşa və Rumıniyanın xarici işlər nazirləri imzalayıblar.
Mayın sonunda Varşava rus diplomatlarının respublika ərazisindən keçməsinə məhdudiyyətlər qoyub. Xarici işlər naziri Radoslav Sikorskinin sözlərinə görə, bu qərar Kremlin Avropa İttifaqı və Polşaya qarşı “hibrid müharibə” aparması ilə əlaqədar verilib.
Sikorski aydınlaşdırıb ki, Rusiya səfirliyinin əməkdaşlarına yalnız ölkənin şərqindəki Mazovyeski voyevodalığı daxilində hərəkət etməyə icazə veriləcək, konsulluq əməkdaşları isə yalnız öz vəzifələrini yerinə yetirdikləri bölgələrdə sərbəst qala biləcəklər. Yalnız səfir Sergey Andreev üçün istisna olacaq.
Sikorski əlavə edib ki, bəzi digər ölkələr əvvəllər də oxşar məhdudiyyətlər tətbiq ediblər. O, digər müttəfiqləri də bu nümunəyə əməl etməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Varşavanın yeni qadağanedici tədbirlərinə elə cavab verəcək ki, “rusofob Polşa elitası bundan çox peşman olacaq”.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ