Onlayn ictimai-siyasi qəzet
Astarada 48 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Musavat.com xəbər verir ki, Astara şəhər sakini, 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti onun yaşadığı ünvanda tapılıb.
İlkin ehtimallara əsasən, Nizami Kərimovun özünü asaraq intihar etdiyi bildirilir.
Qeyd edək ki, Nizami Kərimov Astara şəhərində tanınmış bərbər kimi fəaliyyət göstərib.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Faktla bağlı araşdırma aparılır.
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ