Onlayn ictimai-siyasi qəzet
İran Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzinin verdiyi məlumata görə, aprelin 28-də İran prezidenti Məsud Pezəşkianın rəhbərliyi ilə geniş nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər edəcək.
Musavat.com həmin məlumata əsasən bildirir ki, səfərdən əvvəl İran nümayəndə heyəti Bakıya gələcək. Səfərin məqsədi prezidentin ziyarətinə hazırlıq işlərini tamamlayaraq yekun razılaşmaların əldə olunmasıdır.
Pezəşkianın Azərbaycana səfərində ölkənin şimal-qərb bölgəsinə daxil olan dörd əsas əyalətin – Ərdəbil, Gilan, Şərqi Azərbaycan və Qərbi Azərbaycanın valiləri də iştirak edəcək.
Bundan əlavə, İran prezidentini Azərbaycana səfəri zamanı 120 nəfərlik nümayəndə heyəti müşayiət edəcək. Nümayəndə heyətinə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən özəl sektor təmsilçiləri, İran parlamentinin deputatları və digər rəsmi şəxslər daxildir.
Bu səfərin Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və regional tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli olması gözlənilir.
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ