Onlayn ictimai-siyasi qəzet
Ukraynadan Azərbaycana daha bir cənazə göndərilib.
Musavat.com-un məlumatına görə, bu barədə Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu bildirib. Onun sözlərinə görə, Ukrayna ordusunun milliyətcə azərbaycanlı hərbçisi, 1989-cu il təvəllüdlü Qasımov Elşad Teyyub oğlu Xarkov vilayəti Kupyansk şəhəri istiqamətində gedən döyüşlərdə həlak olub.
Ukrayna vətəndaşı olan soydaşımız Kiyev vilayəti, Belaya-Tserkov şəhərində doğulub boya-başa çatsa da, vətəndə dəfn edilməsinə qərar verilib. Dünən Bakı hava limanında qəhrəman döyüşçünün cənazəsini Ukraynanın Bakıdakı səfirliyinin ve Bakıda yaşayan Ukrayna diasporunun nümayəndələri qarşılayıb. Qeyd edək ki, mərhum döyüşçünün valideynləri Xaçmaz rayonundandır.
Ukraynada daha bir azərbaycanlının həlak olduğu barədə diaspora fəalı Yalçın Qəhrənanoğlu Musavat.com-a bildirib. 25 yaşlı Sənan Mövsümov da həlak olanlar arasındadır. Hələlik onunla bağlı əlavə məlumat yoxdur. İki gün əvvəl daha iki azərbaycanlının həlak olduğu barədə xəbər yayılmışdı.
Allah rəhmət eləsin.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ