İnsanlara hürriyət, millətlərə istiqlal!

YAŞAT Fondunun dəstəyi ilə Türkiyədə 39 dəfə əməliyyat olunan qazi geri qayıtdı-FOTOLAR

 

Vətən müharibəsi iştirakçısı, Yardımlı rayonunun Dağüzü kəndindən olan qazi İmanlı Vahid Taleh oğlu qardaş Türkiyədə 2 il müalicə olunduqdan sonra geri qayıdıb.

 Musavat.com bildirir ki, YAŞAT Fondunun dəstəyi ilə qardaş ölkədə 39 dəfə cərrahiyə əməliyyatı olunan qazimiz Heydər Əliyev Beynəlxalq Hava Limanında doğmaları, şəhid ailələri, qazilər, ziyalılar tərəfindən coşqu ilə qarşılanıb. Yardımlı şəhərinin girişində də böyük qarşılanma mərasimi təşkil olunub. Azərbaycan və Türkiyə bayraqları qaldıran ictimaiyyət nümayəndələri və rəsmi şəxslər Vahid İmanlını hərarətlə qarşılayıblar. 2 illik fasilədən sonra ilk dəfə öz doğma el-obasına qayıdan qazimiz daha sonra Şəhidlər xiyabanını ziyarətə yollanıb. Xiyabanda ən təsirli mənzərə qazilərimiz İmanlı Vahid və Ataxanlı Əfsərin görüşü olub.

Ziyarətdə rayon ictimaiyyəti, şəhid valideynləri, ziyalılar da iştirak edib.

Qeyd edək ki, İmanlı Vahid Taleh oğlu 2020-ci il sentyabrın 21-i könüllü olaraq Fizuli rayonuna döyüşə gedib, oktyabrın 26-sı Füzuli rayonunun Abdulrəhmanlı kəndində snayper gülləsindən yaralanıb. Ötən ilin 25 martında Yaşat Fondu tərəfindən Türkiyəyə müalicə olunmağa göndərilən qazimiz ağır əməliyyatlar keçirib.

Qazimiz Füzulinin, Xocəvəndin azad olunmasına görə, həmçinin “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR