İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə başı kəsilib qala divarından atılan qızın atası danışdı: "Zəng etdik, kişi götürdü"

Türkiyənin İstanbul şəhərində keçmiş sevgilisi Semih Çelik tərəfindən vəhşicəsinə qətlə yetirilən, başı bıçaqla kəsilərək Edirnekapı qala divarlarından aşağı atılan 19 yaşlı İkbal Uzunerin atası Hasan Uzunerin polis bölməsində verdiyi ifadəsi ortaya çıxıb.

"Qızım liseyi Fatih rayonunda oxuyub. Semih Çeliklə məktəbdə tanış olublar. Liseydə üçüncü sinfin birinci yarısında Semih qızımı narahat etməyə başladı. Bu uzun müddət davam etdikdə qızımın məktəbini dəyişdim. O, bir müddət Semihlə dostluq etdi, lakin yaşadığı narahatlıqlar səbəbi ilə psixologiyası korlandı.

Onu psixoloqa göndərdim. Qızım məndən pişik istədi, aldım. Pişiklə vaxtını keçirməyə başladıqdan sonra psixologiyası yaxşılaşdı. Son 1,5 ildə vəziyyəti xeyli yaxşı idi, düzəlmişdi. Bizimlə də münasibəti yaxşı idi. Semih Çelikin anası bizə zəng edib dedi ki, oğlumun yeni sevgilisi var, çox xoşbəxtdirlər, daha qızınızı narahat etməyəcək. Bundan sonra daha da rahatlaşmışdıq.

Qızım 1.5 ildir Semihlə heç bir əlaqə qurmamışdı. Hadisə baş verən gün də yoldaşım qızıma zəng etdi, ancaq telefona bir kişi cavab verdi. "Narahat olma, qızın etibarlı əllərdədir", - dedi. Həyat yoldaşım qızıma yenidən zəng edəndə bu dəfə başqa bir kişi cavab verdi və telefonun qala divarından düşdüyünü dedi. Yoldaşıma yerini izah etdi və gəlib telefonu götürə bilərsiniz dedi. Bundan sonra mən də qızıma zəng etdim. Telefona cavab verən kişi mənə dedi ki, telefonu ancaq anasına təhvil verəcək.

Yoldaşımla birlikdə qızımın telefonunu almağa getdik. Telefonu evsiz bir şəxs qala divarından düşdüyü yerdə tapıb. Bəlkə qızımız da qala divarının üstündədir deyə yuxarı qalxmaq istədik, amma simlər olduğu üçün qalxa bilmədik. Aşağı düşəndən sonra böyük bir insan kütləsinin divarlara doğru baxdığını gördük. Bəlkə qızımız da ordadır deyə həmin istiqamətə addımladıq və bu zaman qızımın başını gördüm", - deyə Hasan Uzuner ifadəsində bildirib.

Xatırladaq ki, oktyabrın 5-də Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qızın başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar edib. O, həmin gün daha əvvəl öz evində digər sevgilisi Ayşenur Halil adlı 19 yaşlı qızı da vəhşicəsinə qətlə yetirib.

Qeyd edək ki, qatilin telefonuna baxış zamanı onun üzvü olduğu qrupda bir mesajlaşma tətbiqi üzərindən özlərini "incel" kateqoriyasına aid edən şəxslərlə əlaqə saxladığı ortaya çıxıb.

Məlumata görə, ingiliscə "involuntary celibacy" ("məcburi subaylıq") ifadəsinin qısaltması olan "incel" qadınlara və yaşadıqları cəmiyyətə düşmən münasibət bəsləyən, şiddətə və zorakılığa meyilli insanları ifadə edir.

Həmçinin Semih Çelikin evində şeytani ünsürlərin və ayinlərin əks olunduğu şəkillər aşkarlanıb.//Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR