İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamalda tikinti şirkəti vətəndaşın mənzilinə girişi bağladı

Yasamal rayonunda "RR Constration" MMC vətəndaş Cavid İsmayılovun mənzilinə girişi bağlayıb.

Musavat.com xəbər verir ki, özbaşınalıq, vətəndaşın mülkiyyət hüququna qəsd Bakı şəhəri, Yasamal rayonu, Subhi Salayev küçəsi ev 19, mənzil 9 ünvanında yaşanır.

Mənzil sahibi Cavid İsmayılov deyir ki, tikinti şirkətinin qanunsuzluğuna görə küçədə qalıb, mənzilinə daxil ola bilmir. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi "RR Constration" MMC-yə ərazidə söküntü və tikinti işlərini qadağa edib. Buna baxmayaraq, şirkət ərazidə özbaşına hərəkətləri davam etdirməkdədir.

Şikayətçi deyir ki, tikinti şirkətinin özbaşınalığı, müvafiq qurumların müraciətinə etinasız yanaşması onu intihar həddinə çatdırıb:

"Yerli qurumlar müraciətimə baxdıqlarını deyirlər. Amma nəticədə mənim mənzilimə giriş-çıxışım təmin olunmur. Vətəndaş olaraq özümü alçaldılmış hiss edirəm. Həyatda yaşamağıma heç bir məna qalmayıb. Bir tikinti şirkətinə bu ölkədə "dur" deyən qurum yoxdur? Dövlət qurumlarının susqunluğu ilə məni xüsusi mülkiyyətimdən qanunsuzluq etməklə məhrum edirlər. Axşama qədər tədbir görülməsə, özümü yandıracağam. Mənə başqa yol qoymadılar".

Vətəndaş bildirir ki, onun xüsusi mülkiyyətindən məhrum edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal İcra Hakimiyyətinə müraciət edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR