İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya KXDR-ə raket buraxması ilə bağlı etirazını bildirib

Yaponiya hökuməti KXDR-ə ballistik raketin buraxılması ilə bağlı etiraz edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda keçirilən mətbuat konfransında söyləyib.

“Biz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etirazımızı bildirdik. Bu cür hərəkətlər ölkəmizin və bütün regionun təhlükəsizliyini təhdid edir”, - deyə Hirokazu Matsuno vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR