İnsanlara hürriyət, millətlərə istiqlal!

Yapon zəlzələ mütəxəssisi: "Belə şiddətli zəlzələ min ildə bir dəfə olur"

“Türkiyədə baş verən zəlzələ dünyanın quruda baş verən ən böyük zəlzələlərindən biridir”.

BAKU.WS TRT News-a istinadən xəbər verir ki, bu sözləri yaponiyalı professor Toda Şinjin bildirib.

Onun sözlərinə görə, bu böyüklükdə zəlzələlər min ildə bir dəfə müşahidə olunur:

"Türkiyədə baş verən zəlzələ dünya tarixində böyük iz buraxdı. Dünyada belə bir zəlzələ, dəyişiklik və qırılma yalnız min ildə bir dəfə olur. Türkiyədəki zəlzələnin buraxdığı enerji Yaponiyada baş verən Kobe zəlzələsindən 15 dəfə çoxdur".

Daha əvvəl Türkiyədə araşdırmalar aparan Şinjin bu zəlzələnin Çində Siçuan, Alyaska, Yeni Zelandiya və Tibetdəki zəlzələlərdən daha böyük və daha şiddətli olduğunu deyib. Şinjin fevralın 6-da Kahramanmaraşda ard-arda baş verən iki zəlzələnin birbaşa yaşayış məntəqələrində baş verməsinə xüsusi diqqət çəkib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR