İnsanlara hürriyət, millətlərə istiqlal!

Yandex və digər xarici taksi şirkətləri serverlərini Azərbaycana gətirəcəkmi?

Məlum olduğu kimi, Azərbaycan bazarında 5 xarici investisiyalı taksi şirkəti fəaliyyət göstərir :

1. Uber ( Rusiya, bu brendin MDB-də sahibi Yandex-dir )
2. Bolt (Estoniya)
3. Yango (Rusiya, Yandex)
4. Maxim (Ukrayna)
5. Uklon Azərbaycan (Umico, PAŞA Holdinq)

Bəs bu şirkətlər serverlərini Azərbaycana köçürəcəkmi?

Musavat.com bildirir ki, İT mütəxəssisi Osman Gündüz mövzuya bu cür şərh verib:

343650.jpg (17 KB)

"Xatırladım ki, bir müddət öncə nazir Rəşad Nəbiyev, müavinləri və AYNA-nın sədri Bolt şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirmişdilər. Görüşdə diqqət yetirilən məsələlərdən biri vətəndaşların fərdi məlumatlarının qorunması, xarici taksi şirkətlərinin datasının Azərbaycanda saxlanması olmuşdu. Eyni zamanda RİNN bu data məsələsi ilə bağlı öncədən bir rəsmi açıqlama da yaymışdı.

Qeyd edim ki, Azərbaycanda "Fərdi məlumatların qorunması haqqında" yeni qanun layihəsi də hazırlanıb. Azərbaycanda vətəndaşların fərdi məlumatlarının qorunması sahəsində səlahiyyətli qurum RİNN-dir. Son zamanlar taksi bazarında addım-addım baş verənlərdən sonra belə qənaətə gəlmək olar ki, RİNN bu məsələlərdə çox israrlıdır. Düşünmək olar ki, xarici taksi şirkətləri müəyyən müddətdən sonra datalarını Azərbaycana da miqrasiya edəcəklər".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR