İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” ictimai birliyində yeni və fəxri üzvlər - FOTOLAR

 

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi tərəfindən yeni üzvlərə və fəxri üzvlərə vəsiqələr təqdim olunub.

Bu barədə Musavat.com-a birlikdən məlumat verilib.

Bildirilib ki, 18 mart 2023-cü il tarixində “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi tərəfindən Novruz bayramı ərəfəsində veteran xüsusi təyinatlılara xüsusi vəsiqələr və fəxri üzvlərə “fəxri üzv” vəsiqələri təqdim olunub. “Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin üzvləri robot əllərlə keçirilən tenis yarışmasında yüksək nailiyyətə görə Elvin Rəsulov, stend atıcılıq müsabiqəsində fərqləndiklərinə görə Araz Məlikov, Famil Fərəcov, Yusif Cabbarov fəxri fərmanlarla təltif olunublar.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadə tədbirdə çıxış edərək müqəddəs missiyalarının davam etdiyini vurğulayıb: “Xüsusi təyinatlılar xidmətdə və döyüşdə necə ki, vətəninə və Ali Baş Komandanına öz sədaqətini nümayiş etdirdi, bu gün də öz müqəddəs missiyasını davam etdirir".

Həmçinin tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Razi Nurullayev, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin psixoloqu Rövşən Nəcəfov çıxış ediblər.

Qeyd edək ki, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi yarandığı gündən qazilərin, şəhid ailələrinin və veteranların ictimai və sosial fəaliyyətinin inkişafına dəstək olan qeyri-hökumət təşkilatıdır.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR