İnsanlara hürriyət, millətlərə istiqlal!

Xodorkovski: Düşən Ay aparatı Putin hakimiyyətini səciyyələndirir

“Roskosmos” Luna 25-in düşdüyünü təsdiqləyib. Qonşu ölkənin ərazisində Putin qoşunlarının hər gün yüzlərlə insanı qətlə yetirməsi fonunda bu heç də ən faciəli hadisə deyil”.

Musavat.com xəbər verir ki, bu sözlər rusiyalı mühacir-milyarder Mixail Xodorkovskinin sosial şəbəkələrdə yaydığı statusda yer alıb.

“Bütün bunlarla birlikdə, son hadisə rejimin ciddi təbliğat uğursuzluğudur. Hamı başa düşür - şiddətli və uğursuz müharibə zamanı, tam iqtisadi böhranın başladığı bir vaxtda Aya raket göndərmək sırf təbliğat xarakteri daşıyırdı. Bununla "hər şey yaxşıdır" demək istədilər. Əlbəttə ki, yaxşı deyil. İnsanlar ölür. İqtisadiyyat dağılır. İşğal olunmuş ərazilər yoxsul əhalinin çiynindən ağır yük kimi asılır. Kadırovlar və Priqojinlər başlarını qaldırırlar. Kara-Murza, Navalnı və Yaşindən tutumuş, Kaqarlitski, Girkin və Melkonyantsa qədər hamıya repressiya tətbiq olunur və yalnız Kreml "hər şey qaydasındadır" deyir. "Ay proqramı" imiş. Lənətə gəlmiş marslılar!”, - deyə, milyarder yazıb.

Xodorkovskiyə görə, Aya düşən raket elə bu rejimin mahiyyətini də göstərir.

“Və nəhayət sərt enişlə çarpılma....” - milyarderin statusu bu cümlə ilə bitir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR