İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı soyqırımı törədənlərin üzr tələbi – Ən yaxşı erməni Paşinyandırsa...

Ermənistan rəhbəri Nikol Paşinyan nə qədər “sülh göyərçini” obrazında görünməyə çalışsa da, hələ ki, alınmır. Çünki əsiri olduğu mənfur erməni xisləti onu səmimi olmağa qoymur. Dünən yenə gözünü yumub ağzını açmışdı.

Belarus prezidenti Aleksandra Lukaşenkoya meydan oxuyan və “Batka” üzr istəməyincə, özü daxil, bu ölkəyə erməni rəsmilərinin səfər etməyəcəyini deyən baş nazir növbəti dəfə “stəkanda fırtına” yaradıb fokus göstərirdi...

Nəymiş Lukaşenkonun günahı?

Sən demə, Belarus lideri Azərbaycana “işğalçı müharibəyə hazırlaşmaqda” kömək edib, bizə silah satıb, Azərbaycanı ruhlandırıb, ona qələbə arzulayıb, həmkarı İlham Əliyevi Zəfər münasibətilə təbrik edib.

Əcəb edib. Əvvəla, bizə havayı heç kim silah-sursat verməyib.

İkincisi, Bakı dost-müttəfiq seçimində işğalçı tərəflə məsləhətləşməmi aparmalı idi?

Üçüncüsü, təcavüzkar Ermənistanın özü Rusiya hesabına ordu qurmamışdımı? Yelstin dönəmində Moskva İrəvana üstəlik, iki milyard dollarlıq silah, hərbi texnika bağışlamışdı.

Ərazisi təcavüzə, əhalisi etnik təmizləməyə məruz qalan bir ölkənin isə istənilən ölkədən müasir silahlar almağa, şeytanla belə ittifaq qurmağa haqqı var. Bu barədə Ermənistanın qoşulduğu BMT Nizamnaməsinin 51-ci bəndində də yazılıb.

Orada hər hansı dövlətə qarşı silahlı hücum baş verirsə, həmin dövlətin özünümüdafiə hüququndan bəhs olunur. “Batka”nın suçu nə onda? İrəvana münasibətdə Lukaşenko hansı beynəlxalq qanunu və ya konvensiyanı pozub?..

Dünənki çıxışında Nikol ötən ilin sentyabrında Qarabağı könüllü tərk etmiş ermənilərdən danışarkən Azərbaycanı yenə sırtıqcasına etnik təmizləmədə suçlayıb. İndi bu, guya ermənilərin ən normalı, ən adekvatıdır.

Di gəl, bizimlə sülh müqaviləsi imzalamaq istəyən Paşinyan elementar beynəlxalq hüquqi terminləri düz seçə bilmir. Bir yandan “Qarabağ Azərbaycandır” deyir, o biri yandan da Bakını işğalçı müharibədə, işğalçılıqda, etnik təmizləmədə ittiham edir. Yəni öz adlarını bizə qoymaq mərəzi.

Hansı işğal, hörmətsiz haylar? Azərbaycan özü-özünə hücum edib, yaxud öz ərazisini işğalmı edib? Xocalı, Meşəli, Başlıbel soyqırımlarının, digər yaşayış məntəqələrimizdə törədilmiş soyqırımların və qətliamların müəllifinin hansı millət olduğu çoxdan bəlli. Üzr istəməli tərəfin adı da 36 ildir məlum! O zaman Paşinyan nə çərənləyir, kimə nağıl danışır, kimin gözünü kül atır?..

Dinimizə görə, günahı etiraf edib tövbə etməyənlər onu təkrarlamağa meylli olurlar. Demək, bunlar N.Paşinyan qarışıq, hələ də revanşist hisslərlə yaşayırlar, sülh danışıqlarında səmimi deyillər və buna vaxt udmaq üçün vasitə kimi baxırlar.

Təhlükə də budur ki, 44+1 günlük müharibədə Ermənistan niyə yağlı “dəmir qapaz” yeyib, nədən hazırkı acınacaqlı və miskin duruma düşüb, ermənilər toplum olaraq heç cür bunu anlaya, səhvləri etiraf edib tövbəyə gələ bilmirlər. Daha dəqiqi, istəmirlər.

Tövbə etmədən mənən paklanmaq isə mümkün deyil. Zatən Qaregin Njde, tayqulaq Andronik Ozanyan tipli qatı terrorçu-canilərə, irqçi-nasistlərə, hər çapdan olan şərəfsiz və nadürüst Türk düşmənlərinə abidələr qoyub o məkanları ziyarətgahlara çevirən xəstə toplumun baş nazirindən bundan artıq nə gözləmək olar(dı) ki?

Erməninin ən yaxşısı Paşinyandırsa, “ilanın ağına da lənət, qarasına da”. Odur ki, dəyənəyi heç vaxt əlimizdən yerə qoymayaq, qonşumuzun kim olduğunu unudub mürgü vurmayaq...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR